Yazını böyüt
Yazını kiçilt
Ermənistan Prezidenti Vaaqn Xaçatryan rəsmi səfərlə İrəvana gələn ABŞ-ın vitse-prezidenti Cey Di Venslə görüş keçirib.
Hafta.az-ın məlumatına görə, bu haqda "Armenpress" agentliyi Ermənistan prezidentinin aparatının ictimaiyyətlə əlaqələr idarəsinə istinadən xəbər yayıb.
Bildirilir ki, Vaaqn Xaçatryan ABŞ vitse-prezidentinin səfərini alqışlayaraq bunun Ermənistanla ABŞ arasında münasibətlərin yüksək səviyyəsini əks etdirdiyini bildirib.
Prezident regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və bu kontekstdə ABŞ prezidenti Donald Trampın rolunu qeyd edib.
Görüşdə, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsinə və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyi bildirilib.